AZ

Mətanət sevgilisindən danışdı: “O, mənə lazım olan şeyi verib”

“Rəngarəng səhər” verilişində müğənni Mətanət Əsədovaya üzük göndərilib.

Bakıvaxtı.az xəbər verir ki, ifaçı ona gələn hədiyyəni qəbul etməkdən imtina edib.

Belə ki, üzüyün Mətanətin həyat yoldaşı tərəfindən göndərildiyi iddia edilsə də, Əsədova qarşı tərəfin bu addımı atmayacağına əmin olduğunu bildirib:

“Bunu o göndərməyib. O, lazım olanını verib mənə. Bunu bura kimsə qoya bilər. Bunu mən aça bilmərəm. Onun açılası bir ürəyi var, o da məndədir. Bizim aramızda olan istəyi, eşqi, lütfü nə maddiyat, nə də zinət əşyası aça bilər. O, mənə dediyini deyib, göndərdiyini də göndərib. Bizim aramızda təmiz istək var. O, mənə belə yüngül şey göndərməz, bunun çəklisi çox yüngüldür”.

Ziyafət Əlisoy

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
50
bakivaxti.az

1Mənbələr