AZ

Bülənt Ərsoy vəsiyyətini açıqladı

Sənətçi Bülent Ersoy 2020-ci ildə dünyasını dəyişən anası Necla Poyraza Analar Günündə məktub yazıb. 

News24.az xəbər verir ki, 71 yaşlı məşhur ad məktubda öz məzarı üçün bir sıra vəsiyyətlər də edib.

“ÜRƏYİM QIRIQ, GÖZLƏRİM YAŞLI...”

"Ana, salam. Bu gün Analar Günüdür. Bu gün sənin günündür. Amma əslində hər gün, hər saat, hər dəqiqə, hər saniyə Sənin günündür. Səni xatırlamağa sərf etdiyim bütün vaxt mənim üçün sənin günündür. Sizin telefon nömrəniz hələ də telefonumda saxlanılır” deyən Ersoy sözlərini belə davam edib:

“Bilirsənmi, səni Uca Allahın rəhmətinə və əbədi məskəninə təslim etdikdən sonra səndən uzaqda olduğum ilk günlərdə sənin telefonuna zəng edib öz telefonuma gedirdim ki, səninlə gündəlik söhbətimizə davam edim. Sən, amma, elə mahnıda olduğu kimi, ürəyim qırıq, gözlərim yaşlı, anam..."

"HALUKA VƏSİYƏT ETDİM"

Sonra “Yeri gəlmişkən, inanın ki, Haluk (Şəntürk) sizinlə məndən çox maraqlanır... Onun hər şeyə necə önəm verdiyini deyə bilmərəm, o məzar daşlarının təmizliyindən tutmuş sənin şəklini, üzərlərindəki güllərin davamlı dəyişməsinə nəzarət edir. Allah ondan da razı olsun, inşallah. Buna görə Haluka vəsiyyət etdim ki,  məni də o dəfn etsin. Qəbrim çox qəşəng, çox təmiz, çiçəklərim həmişə təzə olsun. Ən əsası, ona vəsiyyət etdim ki, mənə çoxlu dualar oxutdursun" Bülent Ersoy yazıb.

Günel Məlikzadə

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
75
news24.az

1Mənbələr