AZ

Azərbaycan çempionatında mövsümdə ilk dəfə

Azərbaycan çempionatının I Liqasında VAR sistemi tətbiq olunacaq.

İdman.biz xəbər verir ki, bunu PFL-in mətbuat xidməti açıqlayıb.

Qurum XXVI turun “Qaradağ Lökbatan” – “Şamaxı” görüşündə VAR-dan istifadə olunması barədə qərar verib. Buna səbəb matçın çempionluq yolunda böyük əhəmiyyət kəsb etməsidir.

Mayın 16-da keçiriləcək qarşılaşma həm də “CBC Sport” telekanalında canlı yayımlanacaq. Liderlərin qarşılaşması saat 17:00-da başlayacaq.

Qeyd edək ki, Azərbaycan çempionatları tarixində ilk dəfə I Liqada VAR-dan zərurət yarandığı üçün istifadə olunacaq. İndiyədək aşağı dəstədə yalnız bir dəfə bu sistem tətbiq edilib. Amma ötən mövsümün “Səbail-2” – MOİK matçında məqsəd VAR hakimlərinin sertifikat alması olub.

İdman.biz

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
102
1
idman.biz

2Mənbələr