Təxminən 360 min fələstinli İsrail silahlı qüvvələrinin hərbi əməliyyatlara başlaması səbəbindən bir həftə ərzində Qəzza zolağının cənubundakı Rəfah şəhərini tərk edib.
Viral.az “TASS”a istinadən xəbər verir ki, bu barədə BMT-nin Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyi məlumat yayıb.
Qeyd olunur ki, Qəzza zolağının şimal rayonlarının sakinləri də atəşə məruz qalmamaq üçün evlərini tərk etmək məcburiyyətindədirlər.
(redaktor.az)