AZ

Azərbaycan və Latviya arasında əmtəə dövriyyəsinin gələcək inkişafı üçün geniş imkanlar mövcuddur - Sahib Məmmədov

Bakı. Trend:

Azərbaycan və Latviya arasında məhsulların nomenklaturasınıngenişləndirilməsi və əmtəə dövriyyəsinin gələcək inkişafı üçüngeniş imkanlar mövcuddur.

Trend xəbərverir ki, bunu iqtisadiyyat nazirinin müavini Sahib MəmmədovAzərbaycan-Latviya biznes forumunda deyib.

"Ölkələrimiz arasında qarşılıqlı səfərlərin aktiv dinamikası vədövlət başçılarımızın birgə tədbirlərdə iştirakı ilə möhkəmlənənmünasibətlər çox uğurla inkşaf edir və strateji tərəfdaşlıqsəviyyəsindədir. Bizim imzalanmış 45 sənədimiz, o cümlədən,Strateji Tərəfdaşlıq haqqında Bəyannaməmiz var və bunlar möhkəmikitərəfli müqavilə hüquqi bazasını yaradır.

Həmçinin, investisiyaların təşviqi və qarşılıqlı mühafizəsi vəikiqat vergiqoymanın aradan qaldırılması haqqında mövcud sazişlərdə əməkdaşlığın dərinləşməsinə və genişlənməsinə imkan yaradır", -deyə o bildirib.

O vurğulayıb ki, 2023-cü ildə ölkələr arasında əmtəə dövriyyəsi65 milyon ABŞ dolları olub:

"Azərbaycanın Latviyaya ixracı 64 faiz artaraq 45 milyon dollaraçatıb, ölkədən idxal isə 20 milyon dollar olub. 2024-cü ilinbirinci rübündə isə ticarət dövriyyəsinin həcmi 6 milyon dollartəşkil edib. Bununla belə, məhsulların nomenklaturasınıngenişləndirilməsi və əmtəə dövriyyəsinin gələcək inkişafı üçüngeniş imkanlar, o cümlədən, bir sıra rəqabət qabiliyyətliməhsulların qarşılıqlı idxalı və ixracı mövcuddur. İqtisadiəlaqələrimizin digər mühüm istiqaməti investisiyaəməkdaşlığıdır.

Qeyd etmək istərdim ki, 1995-2023-cü illə ərzində LatviyanınAzərbaycana birbaşa xarici investisiyalarının (BXİ) dəyəri 166milyon ABŞ dolları, Azərbaycanın Latviyaya yatırdığı BXİ dəyəri 166milyon ABŞ dolları olub. Yəni bizdə əməkdaşlıq balansı mövcuddur,lakin tərəflər onu aktiv şəkildə inkişaf etdirməyin vacibliyiniqəbul edirlər", - deyə nazir müavini bildirib.

O bu ilin fevral ayında Azərbaycanda sənaye, nəqliyyat, ticarətvə xidmət sahələrində qeydiyyatdan keçmiş 69 Latviya şirkətindən48-nin aktiv olduğunu qeyd edib.

"Əlavə etmək istərdim ki, Latviya və Azərbaycan, həmçinin,Avropa İttifaqının (Aİ) ümumi dəyəri 9 milyon avro olan 8 tvinninqlayihəsində birgə iştirak edib ki, bu da bir neçə cəbhədətərəfdaşlığa sadiqliyimizi nümayiş etdirir", - deyə S.Məmmədovəlavə edib.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Xəbərlərimizi "WhatsApp" kanalımızdanoxuyun

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
157
1

1Mənbələr

Şərh ()
Bağla