AZ

"Həbs olunanların sayı 177 nəfərə çatıb" - kanadalı qiyamçı keşiş

Hurriyyet.az "Yerevan Today" portalına istinadla xəbər verir ki, Ermənistanda Nikol Paşinyan hökumətini devirmək istəyən qüvvələrə rəhbərlik edən arxiyepiskop Baqrat Qalstanyan bu gün səhər saatlarında İrəvanda keçirilən itaətsizlik aksiyasının 177 nəfər iştirakçısının polis tərəfindən saxlanıldığını bəyan edib.
Polisdən qaçmaq onun taleyidir
Qeyd edək ki, Baqrat Qalstanyan həm Ermənistan, həm də Kanada vətəndaşıdır. "Baqramyan26” "Teleqram" kanalında dərc olunan məqəladə bildirilir ki, Qalstanyan əvvəlcə Kanada yeparxiyasını xeyli borcla nəticələnən şübhəli maliyyə sxemlərinə cəlb edib, sonra isə borcları ödəmək üçün Kvebekdə kilsəni girov qoymağa çalışıb. Erməni Apostol Kilsəsinin Kanada yeparxiyasının o vaxtkı nümayəndəsi Baqrat Qalstanyanın maliyyə fırıldaqları barəsində məlumat Kanadada nəşr olunan həftəlik “Armenian Mirror-Spectator” qəzeti 2013-cü il 20 iyul tarixli nömrəsində verilib. Üstəlik, Qalstanyan Lavaldakı Müqəddəs Xaç kilsəsinin vəsaitlərini mənimsəməkdə ittiham olunub.
Hürr Tərcüman

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
57
hurriyyet.az

1Mənbələr