AZ

"Uyğun iş olsa, Şuşada işləməyə hazıram" - Əməkdar artist

“Bundan xoşbəxt günlər ola bilməz. Otuz il biz o torpaqlara həsrət qaldıq. Bu gün isə artıq şuşalılar öz yurd-yuvalarına qayıdırlar və buna ancaq sevinə bilərəm”.

Bunu Bakupost.az -a açıqlamasında Əməkdar artisti Anar Şuşalı deyib.

O, 13 yaşı olarkən Şuşadan çıxdıqlarını bildirib:

“Şuşadan 13 yaşım olanda çıxmışdıq. İndi isə ailəmizdən Şuşada evlə təmin olunanlar var. Çünki onlar Şuşada dövlət idarələrində çalışırlar. Özüm isə bilirsiniz ki, Azərbaycan Milli Konservatoriyasının dosentiyəm, müəllim işləyirəm. Əgər gələcəkdə Şuşada mənə uyğun iş olacaqsa, böyük məmuniyyətlə ora qayıdıb işləməyə hazıram”.

Vasif Əlihüseyn
BakuPost
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
47

1Mənbələr

Şərh ()
Bağla