AZ

Türkiyə İraqın şımalında və Suriyada ƏMƏLİYYAT KEÇİRƏCƏK - DETALLAR

Türkiyə Müdafiə Nazirliyi bir il ərzində PKK-nın ölkə sərhədlərində mövcudluğuna son qoyacağına söz verib.

Artıq bir neçə aydır ki, Türkiyənin İraq və Suriya ərazisində terrorçulara qarşı əməliyyat keçirəcəyi ilə məsələ müzakirə edilir.  Ötən həftə Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan ölkəsinin yaxın günlərdə Şimali İraq və Suriyada yerləşən PKK-çılara qarşı sərhədyanı əməliyyatlar keçirəcəyini bildirmişdi. Hətta Türkiyə Prezidenti Ərdoğanın ABŞ-a səfərinin təxirə salınmasının arxasında dayanan məsələnin bu əməliyatla bağlı olduğu iddia edilir. Qeyd edilir ki, ABŞ Türkiyənin mümkün əıməliyyatına qarşıdır. Bəs, Türkiyə ordusu bu əməliyyata nə vaxt keçirəcək?

Türkiyə Müdafiə Nazirliyi bir il ərzində PKK-nın ölkə sərhədlərində mövcudluğuna son qoyacağına söz verib. Bu barədə türkiyənin müdafiə naziri Yaşar Gülər bildirib. Onun sözlərinə görə, PKK-çılar artıq çoxsaylı itkilər verirlər. Nazir “Miliyet” qəzetinə açıqlamasında bildirib ki, PKK-ya qarşı əməliyyat davamlı olaraq həyata keçirilir. Onun sözlərinə görə, demək olar ki, hər gün terrorçular üçün ağır itkilərlə davam edir. Daha bir terrorçunun məhv edilməsi ilə bağlı da xəbər yayılıb. Bildirilir ki, Türkiyə Milli Kəşfiyyat Təşkilatının İraqda keçirdiyi əməliyyatla PKK/KCK-HPG-nin sözdə məclis idarəçilərindən olan “Şevqer Çiya” kod adlı Sedat Aksuyu zərərsizləşdirib. 

Mənbələrdən əldə edilən məlumata görə, MİT müəyyən edib ki, PKK/KCK üzvü Sedat Aksu 2016-cı ildə Suriyanın şimalında Türkiyə təhlükəsizlik qüvvələrinə qarşı planlaşdırılan hücumların təlimatını verib. Aksunun İraqın Qara bölgəsində PKK/KCK-nın sözdə ümumi sursat müdiri kimi fəaliyyət göstərdiyi öyrənilib. Qeyd olunub ki, Aksunun təşkilatın yüksək rəhbərliyindən aldığı təlimat əsasında Pəncə-Kilit Hərəkatı bölgəsində hücuma hazırlaşan təşkilat üzvlərinə silah-sursat verdiyini müəyyən edilib. İraqın Qara bölgəsində izlənən Sedat Aksu onu müşayiət edən terrorçularla birlikdə nöqtə əməliyyatı ilə zərərsizləşdirilib.

Xatırladaq ki, 2023-cü ilin oktyabrında Türkiyə PKK-ya qarşı genişmiqyaslı antiterror əməliyyatı keçirdi.  Aprel ayında yerli KİV Şimali İraqda 30-40 km ərazidə təhlükəsizlik zonası yaratmaq üçün transsərhəd əməliyyat keçirməyin mümkünlüyündən yazmışdı. Anoloji təhlükəsizlik zonası Suriyanın şimalında da yaradıla bilər.

Günel Cəlilova, "İki sahil"

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
124

1Mənbələr

Şərh ()
Bağla