AZ

“Deportivo” Sequndaya qayıtdı

Futbol həvəskarlarının çox sevdiyi komandalardan biri “Deportivo” son illər çətin günlərini yaşayırdı. Ötən əsrin sonunda İspaniya çempionu olan komanda nəinki La Liqadan , hətta Sequndadan da kənarda qalmışdı. Lakin bu il azarkeşlərin sevimli komandası yenidən uğur qazanmağı bacarıb.

La Korunya komandası mövsümün sonuna 2 tur qalmış “Barselona”nın B komandasını məğlub edərək Sequndaya vəsiqə əldə edib.

Sonuncu dəfə “Deportivo” Sequndada pandemiyadan əvvəl oynamışdı. Liqanın qaydalarına görə, 20 komanda arasında birinci olan komanda birbaşa Sequndaya yollanır. 2-dən 5-ci yerə qədər olanlar isə pley-off oynayır.  Sona 3 tur qalmış “Deportivo” “Barselona” B-dən 4 xal öndə idi.

Məhz qələbə sayəsində Qalisiya təmsilçisi rəqiblər üçün əlçatmaz olub. Bütün şəhər bu oyunu gözləyirdi. Oyundan əvvəl azarkeşlər komandanın avtobusunu coşquyla qarşılayıb. Fanatlardan birinin atdığı kiçik raket avtobusda yanğına səbəb olub. Xoşbəxtlikdən avtobusun içində kimsə olmayıb.

“Depor” üçün mətin keçən oyun 1:0 hesabı ilə başa çatıb. Qələbə qolunun müəllifi isə Lukas Peres olub. Oyundan sonra bu qələbəni 31 883 nəfər azarkeş futbolçularla birlikdə qeyd edib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
28
futbolinfo.az

1Mənbələr