AZ

Paytaxtda müəmmalı pilləkən piyadaları çaş-baş salır - VİDEO

Səkilər piyadaların təhlükəsiz hərəkəti üçün vacibdir. Lakin bir çox yerlərdə səkilər ya düzgün təşkil edilməyib, ya da ümumiyyətlə yoxdur.

Avtosfer.az xəbər verir ki, Gəncə prospektindəki analoji vəziyyətlə bağlı vətəndaşların biri tərəfindən video qeydə alınıb.

Sosial şəbəkələrdə yayılan görüntülərdə pilləkəndən enən piyadanın yolun sonunda qarşılaşdığı çətinlik əks olunub. Belə ki, burada sağa və ya sola dönmək üçün səki yoxdur. Bu da piyadanı yalnız düz getməyə məcbur edir. Lakin yolun hərəkət hissəsində də piyada keçidi qurulmayıb. Yəni, pilləkəndən enən piyadalar bir növ çıxılmaz vəziyyətə düşürlər.

Məhəbbət Tərlanoğlu

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
33
avtosfer.az

1Mənbələr