AZ

"Türkviziya Mahnı Müsabiqəsi" Azərbaycanda keçirilsin" - Millət vəkili

““Azərbaycan tarixi”nin yeni konsepsiyasının hazırlanması və onun kütləvi tədrisə, beynəlxalq tədbirlər proqramına daxil edilərək təbliğatı milli identikliyin inşa edilməsi, məğlub kimliyi səciyyələndirən tarixi hadisələrin yenidən şərhi çox önəmlidir”.

 

Sfera.az xəbər verir ki, bu sözləri Sosial Tədqiqatlar Mərkəzində (STM) keçirilən "İkinci Türkçülük Çalışmaları: Dil məsələlərimiz" elmi konfransında çıxış edən STM-in İdarə Heyətinin sədri, Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc deyib.

 

Deputat bildirib ki, milli kimlik və milli ideya istiqamətində tədqiqat qruplarının, ideoloji iş mərkəzlərinin yaradılması, bizim təklif etdiyimiz 4-cü Respublikanın-qalib milli kimliyin təbliğatı arzuolunandır:

 

“İslamçılıqla başlayıb türkçülüklə davam edən və müstəqil-müasir dövlət quruculuğu ilə zirvəyə yüksələn dövlətçilik tariximiz 100 il sonra Vətən müharibəsində dindarların, milliyyətçilərin və dünyəviçilərin çiyin-çiyinə həmrəyliyini, birliyini, bütövlüyünü göstərdi. Üç fərqli istiqamət - vahid millət, vahid amal, vahid Vətən üçrəngli Azərbaycan bayrağının təcəssümüdür. "Bir millət, iki dövlət" ideyası ətrafında qurulan Azərbaycan-Türkiyə sıx münasibətlər modelinin müsbət nümunələri əsasında, türk dövlətləri arasında strateji birlik ideyası ilə "Türkiyə Yüz ili" diskursunun "Türk dünyası Yüz ili" perspektivində genişləndirilməsi arzuolunandır. Təsisatın "Türk Dövlətləri Təşkilatı" adı ilə yanaşı, ərəb mənşəli "təşkilat" yerinə, türk mənşəli "qurultay" – "Türk Dövlətləri Qurultayı" adından istifadə oluna bilər”.

 

Millət vəkili təklif edib ki, türk dünyası ölkələri arasında mədəni tədbirlərin təşviqi, ortaq musiqi platforması olan "Türkviziya Mahnı Müsabiqəsi"nin reytinqinin yüksəldilməsi, növbəti müsabiqəyə Azərbaycanın ev sahibliyi etməsi nəzərdən keçirilə bilər.

 

Firuzə Əliyeva

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
84
sfera.az

1Mənbələr