AZ

ATƏT Ermənistan-Azərbaycan sərhədlərinin delimitasiyasını dəstəkləyir

Bakı. Trend:

ATƏT Ermənistan və Azərbaycan arasında sərhədin delimitasiyasıprosesini alqışlayır və danışıqların konstruktiv şəraitdəkeçməsinin tərəfdarıdır.

Trend xəbər verir ki, bu barədə təşkilatın hazırkı sədri,Maltanın xarici işlər naziri Yan Borq İrəvanda keçirdiyi mətbuatkonfransında bildirib.

“Biz Ermənistanla Azərbaycan arasında delimitasiya prosesinidəstəkləyirik. Danışıqlar prosesi etimad şəraitində, bərabər əsasdakeçməlidir. Onilliklər boyu davam edən və iztirablara səbəb olanmünaqişəyə son qoyula bilər”, - deyə Yan Borq vurğulayıb.

Qeyd edək ki, aprelin 19-da Azərbaycan Respublikası vəErmənistan Respublikası arasında sərhəddə Azərbaycan RespublikasıBaş nazirinin müavini Şahin Mustafayevin və Ermənistan RespublikasıBaş nazirinin müavini Mqer Qriqoryanın sədrliyi ilə AzərbaycanRespublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinindelimitasiyası üzrə Dövlət Komissiyası və Ermənistan Respublikasıilə Azərbaycan Respublikası arasında dövlət sərhədinindelimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrəKomissiyanın səkkizinci görüşündə anklav və eksklav məsələləri üzrədelimitasiya prosesini davam etdirmək barədə razılıq əldəolunub.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
20
6
az.trend.az

10Mənbələr