AZ

Deputat: "Paşinyan COP29-a dəvət edə bilər"

“COP29 beynəlxalq səviyyəli vacib tədbirlərdən biridir. Maraqlısı budur ki, COP29-un Azərbaycanda keçirilməsinə Ermənistan da razılıq verib münasibətini bildirmişdi. Digər tərəfdən cənab Prezidentimiz həm beynəlxalq səviyyəli çıxışlarında, həm də daxili auditoriya üçün həmişə birmənalı olaraq bəyan edir ki, biz bölgədə və bütün dünyada sülhün bərqərar olmasının tərəfdarıyıq. Bunun üçün əlimizdən gələni edirik. Təbii ki, bu çağırış qonşularımıza, bölgə dövlətlərinə də aid olan çağırışdır. Ermənistana da 44 günlük Vətən müharibəsindən sonra dəfələrlə çox sayda belə müraciətlər etmişik və etməyə davam edirik ki, müharibə tarixdə qaldı, artıq o səhifəni qatlamışıq. Qonşular arasında əməkdaşlıqdan, dayanılıqlı sülhdən danışmaq lazımdır. Bu səbəbədən, məncə, sülhpərvər dövlətin rəhbəri, humanist, qalib rəhbər olaraq cənab Prezidentimiz Nikol Paşinyanı COP29-a dəvət edə bilər”.

 

Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Elman Məmmədov deyib. 

 

Deputat bəzi məsələləri istisna etməyib: “Həmin vaxta qədər Paşinyan hakimiyyətdə qala biləcək, ya yox? Hazırda Ermənistanda təlxək, xaricdən idarə olunan keşiş “Qapon” peyda olub. Görək, Baqrat Qalstanyanın iynəsi tikiş tutacaqmı, istədiyinə nail ola biləcəkmi, yoxsa Paşinyan ondan fərasətli tərpənib, əlindəki imkanlardan istifadə edib, onu ətrafındakılarla birgə rədd edə biləcəkmi? Hələ qarşıda xeyli müddət var. Həqiqi din xadimi həmişə öz xalqını, millətini, ölkəsini sülhə çağırır. Ancaq ermənilərdə tamamilə əksinədir. Ermənilərin tarixinə nəzər salsaq, görərik ki, tarix boyu türkə qarşı ən qəddar, barışmaz mövqedə olan ermənilər keşiş olurlar. Yəni  müsəlmana qarşı dayanmadan mübarizə aparmaq bunların ideyaları, məqsədləridir. Bu, erməni kilsəsinin, keşişlərinin bir nömrəli vəzifəsidir. Bu gün də Baqrat meydana çıxıb. Müharibənin səngidiyi, sülh danışıqlarının getdiyi vaxt ətrafındakıları, bütün erməniləri yenidən iki dövlət, xalq arasında qanlı müharibənin başlanmasına təhrik edir. Hətta indi xaricdəki erməni terror təşkilatlarını, diasporlarını da səsləyir ki, siz də gəlin, biz bu hakimiyyəti devirək, yenidən Azərbaycan torpaqlarının işğal olunması üçün hərəkətə keçək. Belə axmaq fikirlərdən əl çəksələr, Paşinyan bu axmaq keşişkimiləri yerində oturda bilsə, ətrafına yığışmış, Qarabağdan gedən separatçıları, cinayətkarları cəzalandıra bilsə, təbii ki, COP29-a qədər hakimiyyətdə olacaq. Onda Paşinyan COP29-da iştirak etmək üçün Azərbaycana dəvət oluna bilər. Necə ki qardaş Türkiyənin Prezidenti cənab Ərdoğan Paşinyanı Türkiyəyə andiçmə mərasiminə dəvət etdi. Biz də onu COP29-a dəvət edərik ki, gəlib tədbirdə iştirak etsin”. 

 

Aytəkin Qardaşova 

Tarix: 13 May 2024, 12:26   
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
65
pravda.az

1Mənbələr