AZ

Cek Dorsi bitkoinin 1 milyon dollara qədər bahalaşacağını proqnozlaşdırıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

Cek Dorsi 2030-cu ilə qədər bitkoinin 1 milyon dollara yüksələcəyinə inandığını bildirib.

Banco.az xəbər verir ki, “Twitter”in təsisçisi və keçmiş icraçı direktoru Cek Dorsi bitkoinin nə zaman 1 milyon dollara çatacağı ilə bağlı proqnozunu açıqlayıb.

O, "Pirate Wires” podkastına müsahibəsində bu mövzudan danışıb.

“2030-cu ilə qədər bitkoin ən azı 1 milyon dollardan çox olacaq. Düşünürəm ki, sözügedən kriptovalyuta növü buna nail olacaq və hətta daha da irəli gedəcək.”

“Business Insider”ə görə, Dorsinin proqnozunun reallaşması üçün bitkoin hazırki qiymətindən 1500 faizdən çox bahalaşmalıdır.

Xatırladaq ki, sektorun digər tanınmış şəxsləri də daha əvvəl oxşar proqnozlar veriblər. Məsələn, “Ark Invest”in yaradıcısı və icraçı direktoru Keti Vud 2030-cu ilə qədər bitkoinin 1,5 milyon dollara çatacağını düşünür.

Ən sərfəli kredit üçün müraciət et

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
62

1Mənbələr

Şərh ()
Bağla