AZ

Cenniferin görünüşü müzakirə doğurdu - Qadağan olunmuş dərmandan istifadə edib?

Dünya şöhrətli müğənni və aktrisa Cennifer Lopez "Met Gala"dakı iştirakında diqqət mərkəzində olmağı bacarıb.

Publika.az xəbər verir ki, 54 yaşlı ulduz parlaq dar əlbisəsi ilə göz oxşayıb. Gecədə bədənini qismən nümayiş etdirən Ceylo alt paltarı geyinməyib. Onun bu görünüşü sosial şəbəkələrdə geniş müzakirə olunub. Sənətçinin arıqladıcı preparatdan istifadə etdiyini yazıblar.

“O, həmişəkindən daha arıqdır... Dəhşətli!”, “Ozempik coşqunluğu”, “Ah, Ozempik, sən nələrə qadirsən?, "Ceylodan bunu gözləmirdim", - deyə müxtəlif şərhlər yazılıb.

Qeyd edək ki, daha çox diabet xəstəliklərinin müalicə və profilaktikasında istifadə olunan Ozempik preparatı güclü arıqladıcı təsirə malikdir. Adıçəkilən dərmandan arıqlama məqsədi ilə istifadə qadağandır.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
25
1
publika.az

2Mənbələr