AZ

“Ksenotransplantasiya” metodu da işə yaramadı - Donuz böyrəyi köçürülən xəstə cəmi 2 ay həyatda qaldı

ABŞ-nin Boston şəhərindəki Massaçusets xəstəxanasında geni dəyişdirilmiş donuz böyrəyi köçürülən 62 yaşlı Riçard Slayman əməliyyatdan təxminən 2 ay sonra dünyasını dəyişib.

“AzPolitika” xəbər verir ki, bu barədə ABŞ mətbuatı məlumat yayıb.

Məlumata görə, donuz böyrəyi köçürülmüş ilk xəstə olan Slaymanın ölümü əməliyyatdan qaynaqlanmayıb. Bildirilib ki, həkimlər martın 16-da Slaymana geni dəyişdirilmiş donuz böyrəyini köçürüblər, xəstənin vəziyyəti yaxşılaşıb və onun tezliklə evə buraxılacağı gözlənilsə də o, qəflətən vəfat edib.

Qeyd edək ki, orqan nəqli gözləyən insanlara heyvan hüceyrələrinin, toxumalarının və ya orqanlarının transplantasiyası kimi bilinən “ksenotransplantasiya” metodu ilk dəfə 2022-ci ilin may ayında sınaqdan keçirilib və beyin ölümü keçirən 2 xəstəyə köçürülsə də, uğursuz olub. Daha sonar 7 yanvar 2022-ci ildə ABŞ-nin Merilend ştatındakı xəstəxanada ilk dəfə donuz ürəyi köçürülən 57 yaşlı David Bennett əməliyyatdan 2 ay sonra dünyasını dəyişib. Eyni xəstəxanada 20 sentyabr 2023-cü ildə ikinci dəfə donuzdan insana ürək nəqli əməliyyatı icra edilib və 58 yaşlı Lourens Faucette əməliyyatdan 6 həftə sonra vəfat edib.

Heyvan orqanlarının insanlara transplantasiyasındakı uğursuzluqlar insanlar da böyük narazılıq doğurub. Əksər beynəlxalq quruluşlar və təşkilatlar bu tip metodların insanlar üzərindən sınaqdan keçirilməsinin dayandırılmasını tələb ediblər.

“AzPolitika.info”

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
39
azpolitika.info

1Mənbələr