AZ

AFFA milliyə baş məşqçi təyin olunmasının gecikmə səbəbini açıqladı

Bu gün AFFA İcraiyyə Komitəsinin iclası keçiriləcək.

Bilindiyi kimi, gündəlikdə əsas millimizə baş məşqçi təyin olunması məsələsi yoxdu. Halbuki AFFA-nın yeni prezidenti Rövşən Nəcəf bu məsələnin tezliklə həll olunacağını, vaxt itirmək istəmədiklərini demişdi. Bəs, bu məsələnin müzakirə olunmamasının səbəbi nədi?

AFFA-nın Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Elnur Məmmədli "football-plus.az"a verdiyi məlumata görə, bu yöndə danışıqlar hələ yekunlaşmayıb.

GÜNAY SÜLEYMANOVA

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
129

1Mənbələr

Şərh ()
Bağla