AZ

Prezidentin yüksək vəzifə verdiyi general kimdir?

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin sərəncamı ilə general-mayor Müşfiq Məmmədov müdafiə nazirinin müavini - Şəxsi Heyət Baş İdarəsinə yeni rəis təyin olunub.

Axar.az xəbər verir ki, Müşfiq Məmmədov Azərbaycanın Türkiyədəki hərbi attaşesidir. Zabitimiz, həmçinin Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Bolqarıstan Respublikasında akkreditə olunmuş hərbi attaşesi vəzifəsini icra edir.

M.Məmmədov 2020-ci ildə “Vətən uğrunda” medalı ilə təltif edilib.

2023-cü ilin noyabrında Azərbaycan Prezidentinin sərəncamı ilə general-mayor rütbəsi verilib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
46
11
axar.az

10Mənbələr