AZ

“Lənkəranda güclü zəlzələ gözlənilmir”

“Lənkərandakı zəlzələ nəticəsində elə dağıntılar yoxdur. Ən keyfiyyətsiz tikinti materialları olan çay daşlarından tikilmiş evlərdə nüəyyən çatlar var”.

“Qafqazinfo” xəbər verir ki, bunu Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, güclü zəlzələnin olma ehtimalı yoxdur: “Biz analiz etdik ki, ayrılan enerjinin gücü nə qədərdir. Əhaliyə də müraciət etdik ki, narahat olmasınlar. Lənkərandakı zəlzələdən sonra çoxlu afterşoklar qeydə alınıb. Lakin bunların içərisində 4,4 bal olan hiss edilib. Hazırda zəlzələnin təkrarlanması ilə bağlı qorxu yoxdur və güclü zəlzələ gözlənilmir”.

Gülnar Əliyeva

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
34
16
qafqazinfo.az

10Mənbələr