AZ

"Böyük sahibkarlar da yerli kiçik şirkətəlrə şans yaratmalıdır ki, məhsullarını tanıda bilsinlər"

 KOB-ların dövlət satınalmaları da iştirakını təmin edirik.

FED.az xəbər verir ki, bu barədə Təchizat Zənciri Liderləri Zirvəsində KOBİA idarə heyətinin sədri Orxan Məmmədov bildirib.

O bildirb ki, KOB inkişaf mərkəzləri tərəfindən KOB subyektlərinin dövlət satınalmalarında iştirakının təmin olunması üçün ödənişsiz təlimlər və məsləhət xidmətləri təqdim olunur. KOB subyektlərinin dövlət satınalmalarında iştirakının araşdırılması məqsədi ilə sorğu keçiriləcək.

"Kiçik sahibkarlar böyük marketlərdə rəflərdə yer tutmağa çətinlik çəkirlər. Bəzi hallar da yer ala bilmirlər. Ona görə bizim böyük proqramımız var və KOBİA olaraq marketlərdə yerləri almışıq və KOB subyektləri həmin rəflərdə məhsullarını yerləşdirə bilərlələrr. Böyük sahibkarlar da yerli kiçik şirkətəlrə şans yaratmalıdır ki, məhsullarını tanıda bilsinlər. Bəzən görürsən ki, heç olmamalı yerdə bir neçə market var və bu vəziyyət böyük problemdir"- deyə sədr əlavə edib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
93
1
fed.az

3Mənbələr