AZ

Məşqçilər üçün seminar (fotolar)

Mayın 7-dən 12-dək Bakı şəhərində AFFA tərəfindən UEFA-nın Elit-məşq layihəsinin regionlarda fəaliyyət göstərən məşqçiləri üçün seminar keçirilib.
Milli Komandaların Təlim-Məşq Mərkəzində baş tutan seminara Elit-məşq layihəsinin rəhbəri Yunis Hüseynov başçılıq edib.
Sloveniya millisinin sabiq futbolçusu Milenko Açimoviç ilk iki gündə UEFA nümayəndəsi kimi təlim-məşq toplanışında iştirak edib. O, layihənin rəhbəri Yunis Hüseynovla birlikdə regionlardan gələn məşqçilərlə Azərbaycan futbolunun gələcək inkişafı haqqında müzakirə aparıb. M.Açimoviç UEFA-nın gələcəkdə Azərbaycanda keçirilən Elit-məşq layihəsinə dəstək verməkdə davam edəcəyini bildirib.
Elit-məşqin son günündə layihədə iştirak edən futbolçular arasında ikitərəfli oyun keçirilib.
 
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
378
6
affa.az

7Mənbələr