AZ

Malayziyanın KARAOK tank əleyhinə raket komplekslərini təhvil alacağı tarix açıqlanıb

Malayziya Ordusu Türkiyənin “Roketsan” şirkəti tərəfindən inkişaf etdirilən KARAOK tank əleyhinə raket komplekslərini 2026-cı ildən etibarən təhvil almağa başlayacaq.

Bu barədə “Poliqon” “SavunmaSanayiST.com” saytına istinadən xəbər verib.

Qeyd edək ki, Malayziya Ordusu KARAOK tank əleyhinə raket kompleksinin ilk xarici müştərisidir. Cari ilin fevral ayında “Roketsan”ın baş direktoru Murat İkinci KARAOK-un Malayziya tərəfindən satın alındığını açıqlayıb.

Bir əsgər tərəfindən istifadə edilən, “atdın-unutdun” prinsipi ilə işləyən KARAOK tank əleyhinə raket kompleksi üzərindəki infraqırmızı tuşlama başlığı sayəsində gecə-gündüz işləyə bilən daşınan raket sistemidir. Kompleksdən desant-hücum, hava-desant və desant əməliyyatlarında yaxın məsafələrdə təhdidlərin dayandırılması, ləngidilməsi, istiqamətləndirilməsi və məhv edilməsi üçün istifadə olunur.

125 mm çaplı KARAOK raketinin uzunluğu 1100 mm və atış məsafəsi 1-2.5 km təşkil edir. Tank əleyhinə raket kompleksinin ümumi kütləsi 16 kiloqramdann çoxdur. Zirehdələn tandem döyüş başlığı ilə təchiz olunan KARAOK düzünə dəymə / üstdən dəymə rejimində işləyir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
163
poliqon.az

1Mənbələr