AZ

Dünya Qarabağlı: Dahi Heydər babamız

Xalqının dərdinə ağlayandı O
Xainin yolunu bağlayandı O
Vətən bütövlüyün saxlayandı O
Dahidi,dəryadı Heydər babamız.

70 il əsarət altında qalan
30 il işğalçı əlində olan
Belə bir vətəni göyə ucaldan
Dahidi,dəryadı Heydər babamız.

Hər zaman zülmətin bağrını yaran
Getdikcə yolunda qar-boran olan
Hər yerdə,həmişə qələbə çalan
Dahidi,dəryadı Heydər babamız.

Sevmişdi bu millət,bu xalq babanı
Öndərdə sevmişdi eli, obanı
Çevirdi cənnətə Azərbaycanı
Dahidi,dəryadı Heydər babamız.

Yayıldı hər yana yurdun sorağı
Ucaldı göylərə vətən bayrağı
Bu insan bir dağdı, sevdik bu dağı
Dahidi,dəryadı Heydər babamız.

Heydər xalq deyəndə, xalq Heydər deyər
Heydərdə vətəni,xalqını öyər
Ən uca zirvədi,dünyaya dəyər
Dahidi,dəryadı Heydər babamız.

Öndərin misilsiz xidməti böyük
O bir işıqdı ki, surəti böyük
Sirli xəzinədi,hikməti böyük
Dahidi,dəryadı Heydər babamız.

Şeirin müəllifi:Dünya Qarabağlı-Texniki Universitetin İqtisadiyyat və idarəetmə fakültəsinin tələbəsi.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
43

1Mənbələr

Şərh ()
Bağla