AZ

Parlamentlərarası Dostluq Qrupları KKTC-yə səfər edib

Türkiyə-Azərbaycan, Türkiyə-ŞKTC və Azərbaycan-ŞKTC Parlamentlərarası Dostluq Qrupları ŞKTC-yə səfər edib. Nümayəndə heyətləri mayın 12-16-dək bir sıra görüşlər keçirəcək.

Ulusal.az-a Türkiyə mediasına istinadən xəbər verir ki,  Azərbaycan – KKTC Parlamentlərarası Dostluq Qrupunun sədri Cavanşir Feyziyev, Türkiyə – Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun sədri Şamil Ayrım, Türkiyə – ŞKTC Parlamentlərarası Dostluq Qrupunun sədri Orhan Erdem və Azərbaycan – Türkiyə Parlamentlərarası Dostluq Qrupunun sədri Eliman Emiraslanov və onu müşayiət edən nümayəndə heyətləri mayın 12-də bir sıra açılışlarda iştirak ediblər.

Nümayəndə heyətləri bu gün Dr. Fazıl Küçük və Qurucu prezident Rauf Denktaşın məzarlarını ziyarət ediblər.

Türkiyə mətbuatının xəbərinə görə bu gün Cümhuriyyət Məclisində Türkiyə-Azərbaycan-ŞKTC Parlamentlərarası Dostluq Qrupunun prezidentləri və nümayəndə heyətləri arasında işgüzar görüş keçiriləcək.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
60

1Mənbələr

Şərh ()
Bağla