AZ

Zahid Orucdan TƏKLİF: "20 sentyabrı "Bütövlük günü" kimi qeyd etməliyik"

"Azərbaycan xalqının yeni milli və siyasi kimlik qazanmasında hərbi Zəfərimizin müstəsna rolu müqayisəsizdir".

Bakıvaxtı.az xəbər verir ki, bu sözləri Sosial Tədqiqatlar Mərkəzində (STM) keçirilən "İkinci Türkçülük Çalışmaları: Dil məsələlərimiz"  elmi konfransında çıxış edən STM-in İdarə Heyətinin sədri, Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc deyib.

Onun sözlərinə görə, Qarabağın azad edilməsi işğal faktının aradan qalxması ilə yanaşı, həm də siyasi, mənəvi, mədəni, iqtisadi və geosiyasi coğrafiyamızın böyüməsi deməkdir:

"Biz təkcə ərazi tamlığına və suverenliyinə deyil, həm də fikir və düşüncə bütövlüyünə, 20 faizlik sindromdan əziyyət çəkən milyonlarla vətəndaşın dünya baxışını və ideallarını köklü dəyişdirən yeni milli kimliyə qovuşmuşuq. Dünənədək ölkəmizi yüz minlərlə köçkündən, qaçqından, yaralıdan ibarət əhali qrupu, gələcəyini deyil, yalnız cari qayğılarını düşünən qövm kimi təqdim edənlər indi hədəflərini aydın görən, arzularını gerçəklıiyə çevirən yeni millət kimi görürlər".

Deputat hesab edir ki, xalq, dövlət və ordu ilə birgə qazanılan uğur hekayəsi harada yaşamasından asılı olmayaraq, azərbaycanlılar üçün misilsiz qürur mənbəyidir. Yaxşı nümunələr hamı üçün yayıcıdır. Buna görə də 20 sentyabr xüsusi gün kimi qeyd olunmalıdır.

"Bizi cazibə mərkəzinə almaq istəyən sabiq imperiyalar, yaxud keçmişə qaytarmağa çağıran zehniyyət və nəhayət, milli kimliymizi tanımaq istəməyən erməni mifologiyasına qarşı öz bütünlüyümüzlə cavab verməliyik. Bütöv Azərbaycan kiməsə qarşı olmaqdan çox, uzlaşma məkanıdır. Biz fərqindəyik ki, 3 imperiya varisi ilə əhatə olunmuşuq. Onların ruhi-mənəvi mövqeyi güclənirsə, hansı titullu dövlətin və xalqın idarəçiliyində yaşasalar da, azərbaycanlı kultunu gücləndirir. Coğrafi bütünlük siyasi-mənəvi böyümə gətirir. Biz düşüncə və dil baxımından da məğlubiyyət leksikonundan xilas olmuşuq. Dilimiz də işğalın mirasından azad olunub. İndi biz qalib dilində danışırıq" - deyə STM sədri vurğulayıb.

Gülşən Şərif
 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
83

1Mənbələr

Şərh ()
Bağla