AZ

REAL-dan Zahid Orucun “Paşinyanı Bakıya dəvət edək” təklifinə REAKSİYA

“Azərbaycana qarşı sanksiyaların tətbiq olunması üçün heç bir hüquqi əsas və baza yoxdur”.

KONKRET.az xəbər verir ki, bu sözlərii Respublikaçı Alternativ (REAL) Partiyasının icraçı katibi Natiq Cəfərli deyib.

Milli Məclisin üzvü Zahid Orucun mümkün sanksiyalardan yayınmaq məqsədilə Ermənistanın Baş naziri Nikol Paşinyanı Bakıya dəvət etməklə vəziyyətdən “çıxış yolu” tapmaq təklifinə münasibət bildirərkən REAL funksioneri deyib ki, bu məsələnin sanksiyalar kontektində müzakirəsini doğru hesab etmir.

“Bu məsələyə iki ölkənin münasibətlərinin tənzimlənməsi kontekstindən baxılması daha doğrudur. Paşinyan Bakıda səfər edəcəksə, iki ölkə arasında yeni münasibətlərin yaranması ilə bağlı yeni səhifənin açılmasına səbəb ola bilər”.

Onun sözlərinə görə, sanksiya təhdidləri, sadəcə, Azərbaycana təzyiq formasıdır.

“Bunun sülh danışıqları və ya Paşinyanın Bakıya səfəri ilə birbaşa əlaqəsi yoxdur. Ümid edək ki, tezliklə sülh müqaviləsi bağlansa bu, ümumiyyətlə Cənubi Qafqazda münasibətlərin yenidən format edilməsinə səbəb olacaq. Bu, Azərbaycana qarşı təzyiq vasitələrini də xeyli azalda bilər. Amma bir daha təkrar edirəm, Azərbaycana sanksiya tətbiqi üçün heç bir hüquqi baza yoxdur. Azərbaycan elə addımlar atmayıb ki, ona qarşı hansısa sanksiyalar tətbiq edilsin. Bundan başqa, Azərbaycanın dünyada ciddi və böyük tərəfdaşları var. Həmin tərəfdaşlar o sanksiyaların tətbiqinin qarşısını ala biləcək gücdədirlər”.

Qeyd edək ki, deputat Zahid Oruc  Ermənistanın baş naziri Paşinyanı Bakıya dəvət etməyi təklif edib.

Xatirə SADİQ,

KONKRET.az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
94
1
konkret.az

2Mənbələr