AZ

Tbilisidə aksiyalarda 20 nəfər saxlanıldı

Gürcüstan Daxili İşlər Nazirliyinin əməkdaşları Tbilisidə xarici agentlər haqqında qanun layihəsinə qarşı keçirilən aksiyada 20 nəfəri, o cümlədən bir Rusiya və iki ABŞ vətəndaşını inzibati qaydada saxlayıblar.

Redaktor.az "TASS"a istinadən xəbər verir ki, bu barədə hüquq-mühafizə orqanları məlumat yayıb.

Daxili İşlər Nazirliyi əlavə edib ki, onlar artıq rusiyalının saxlanılması ilə bağlı İsveçrənin Tbilisidəki səfirliyinə, eləcə də amerikalıların saxlanması ilə bağlı ABŞ diplomatik missiyasına məlumat veriblər.

Mayın 1-də Gürcüstan parlamenti “Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsini ikinci oxunuşda dəstəkləyib. Müxalifət və Qərb diplomatları Prezident Salome Zurabişvilinin əleyhinə çıxış edərək, onu respublikanın Avropa İttifaqına inteqrasiyasına maneə hesab edirdilər.

Humay İSGƏNDƏRLİ

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
69
1

1Mənbələr

Şərh ()
Bağla