AZ

Sumqayıtda 11-ci sinif şagirdini maşın vurub öldürdü – FOTO  

Sumqayıtda məktəblinin ölümü ilə nəticələnən yol qəzası baş verib. 

Bizim.Media “qafqazinfo.az”a istinadən xəbər verir ki, şəhərin Nəriman Nərimanov küçəsində minik avtomobili 2006-cı il təvəllüdlü Aydan Həbibovanı vurub. Ağır vəziyyətdə xəstəxanaya çatdırılan qızın həyatını xilas etmək mümkün olmayıb. 

Bildirilib ki, Aydan Həbibova Sumqayıt şəhəri Anar Şükürov adına 25 nömrəli tam orta məktəbin 11-ci sinif şagirdi olub. O, ötən ay keçirilən buraxılış imtahanında 227 bal toplayıbmış. 
Faktla bağlı Sumqayıt Şəhər Polis İdarəsində cinayət işi açılıb, araşdırma aparılır. 


Bizim.Media

Seçilən
77
26
bizim.media

10Mənbələr