AZ

Ali Koç və Aziz Yıldırım yenidən rəqib olur?

Türkiyənin “Fənərbağça” klubunda keçiriləcək prezident seçkiləri ilə bağlı mübarizə qızışıb.

“Cebhe.info” xəbər verir ki, Ali Koçun yenidən prezidentliyə namizəd olacağını açıqlaması gündəmi alt-üst edib.

Onun ardından Sadettin Saran namizədlikdən geri çəkilərək Koçu dəstəkləyəcəyini açıqlayıb. Bütün bunların fonunda isə sürpriz bir ehtimal gündəmə gəlib. Belə ki, İstanbul klubunun keçmiş prezidenti Aziz Yıldırımın yenidən namizəd ola biləcəyi deyilir.

Onun Ali Koçdan revanş almaq istəyəcəyi kimi iddialar da səsləndirilir. Üstəlik, həm azarkeşlər, həm də klubun cameəsi ona geri qayıtması üçün təzyiq göstərir. 

Bununla bağlı sosial şəbəkələrdə saysız-hesabsız paylaşım edilib. Həmçinin, Kadıköy küçələrində “Namizəd ol Aziz Yıldırım” plakatları asılıb.

Aziz Yıldırıma yaxın mənbələr isə onun “Qalatasaray”la oyunu gözlədiyi, ondan sonra qərar verəcəyini deyib. Son məlumatlara əsasən, Aziz Yıldırım namizəd olacağı təqdirdə, kluba ciddi investisiya da yatıracaq.

Qeyd edək ki, Aziz Yıldırım namizəd olacağı təqdirdə “Fənərbağça” prezidentliyi uğrunda mübarizə onunla Ali Koç arasında keçəcək.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
12

1Mənbələr

Şərh ()
Bağla