AZ

"Bayern"də 2 ayrılıq: Biri vidalaşmağa da gəlmədi

"Bayern" bir anda iki futbolçunun klubdan ayrıldığını açıqlayıb.

Publika.az xəbər verir ki, söhbət müdafiəçi Buna Sarr və hücumçu Erik-Maksim Cupo-Motinqdən gedir. Hər iki futbolçunun cari mövsümün sonunda bitən müqaviləsi yenilənməyib.

Mövsümün "Volfsburq"la baş tutan son ev oyunundan əvvəl (2:0) Münhen klubu müdafiəçi Sarr üçün vida mərasimi keçirib. Hücumçu Çoupo-Motinq də tədbirdə iştirak etməli idi. Lakin səhhətinə görə vida mərasimində iştirak edə bilməyib.

Qeyd edək ki, hər iki futbolçu 2020-ci ildə "Bayern"ə qoşulub.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
23

1Mənbələr

Şərh ()
Bağla