AZ

Maldini birlikdə oynadığı ən yaxşı futbolçuları xatırladı

“Milan”ın əfsanəvi keçmiş müdafiəçisi və sabiq texniki direktoru Paolo Maldini birlikdə oynadığı ən yaxşı futbolçuları xatırlayıb.

Arena.az “Radio Italia” radiosuna istinadən, Maldininin bu barədə fikirlərini təqdim edir:

“Mənəvi güc baxımından Franko Barezi heyrətamiz futbolçu idi. Danışmırdı, amma fəaliyyət göstərirdi və mükəmməl idi. Mən həmçinin Marko van Basten və digər böyük oyunçularla onların uğursuz mövsümlərində oynamışam.

Ronaldo və Ronaldinyo indiyə qədər gördüyüm, texniki cəhətdən ən istedadlı oyunçulardır, amma onlar “Milan”a karyeralarının sonunda gəldilər. “İnter”də Ronaldoya qarşı oynamaq çox çətin idi. Onu dayandırmaq mümkün deyildi. O vaxtkı qaydalar indiki qədər sərt deyildi. Biz daha çox fiziki gücdən istifadə edə bilərdik, amma o, nəhəng, sürətli və texniki cəhətdən istedadlı idi”, deyə Maldini xatırlayıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
16
arena.az

1Mənbələr