AZ

Elm və təhsil naziri: PISA təhsil siyasətinin ölçülməsi üçün imkanlar yaradır

Elm

Bakı,13 may, AZƏRTAC

Azərbaycanda təhsilin yaxşı olub-olmamasını öyrənmək üçün tədqiqat aparmaq lazımdır.

AZƏRTAC xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev PISA üzrə II ICESCO Nazirlər Konfransında söyləyib.

Nazir bildirib ki, əsas məsələlərdən biri Azərbaycanda təhsilin keyfiyyətinin necə olması sualına cavab tapmaqdır: “Təhsilin keyfiyyəti bizim üçün vacib məsələlərdən biridir. Cəmiyyət təhsilin yaxşı olması haqqında nə dərəcədə düşünür?

Ölkəmizin reytinq cədvəlində neçənci yeri tutması bizim üçün önəmlidir. PISA təhsil siyasətinin ölçülməsi üçün də imkanlar yaradır. Burada rəqəmlər göstərir ki, biz təhsilin keyfiyyətini necə artıra bilərik. Kiçik elementlərə diqqət göstərsək, təhsildə yaxşı nəticələr əldə edə bilərik.

PISA təhsilə keyfiyyət mədəniyyətini gətirib”.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
12

1Mənbələr

Şərh ()
Bağla