AZ

Deputat: Yeni qanun layihəsi Azərbaycanla Qazaxıstan arasında elm və təhsil sahəsində əməkdaşlığı dərinləşdirəcək

Bakı, 13 may, AZƏRTAC

Yeni qanun layihəsi Azərbaycanla Qazaxıstan arasında elm və təhsil sahəsində əməkdaşlığın dərinləşdirilməsinə, təcrübə mübadiləsinin aparılmasına imkan verəcək.

AZƏRTAC xəbər verir ki, bunu Milli Məclisin Elm və təhsil komitəsinin sədri Bəxtiyar Əliyev komitənin mayın 13-də keçirilən iclasında Azərbaycan ilə Qazaxıstan arasında təhsil sahəsində əməkdaşlıq haqqında sazişə dəyişikliklərlə bağlı qanun layihəsinin təqdimatı zamanı deyib.

Komitə sədri bildirib ki, “Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə Qazaxıstan Respublikasının Təhsil və Elm Nazirliyi arasında təhsil sahəsində əməkdaşlıq haqqında 2017-ci il 3 aprel tarixli Sazişə dəyişikliklər edilməsi barədə Protokol”un təsdiq edilməsi haqqında qanun layihəsi Azərbaycan Respublikası Konstitusiyasının 96-cı maddəsi və 109-cu maddəsinin 17-ci bəndi rəhbər tutularaq, Azərbaycan Prezidentinin bir məktubu ilə Milli Məclisə daxil olub.

B.Əliyev diplomların tanınması və tələbələrin yataqxanalara yerləşdiriməsi məsələsinin də sazişə dəyişiklikdə əksini tapdığını bildirib.

Yeni sənədin əhəmiyyətini qeyd edən komitə sədri deyib ki, elm və təhsil sahəsində əməkdaşlıq əlaqələrinin genişləndirilməsi digər sahələrə də müsbət təsirini göstərəcək.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
23
azertag.az

1Mənbələr