ABŞ texnologiya sahəsində liderliyini qorumaq və milli təhlükəsizliyini gücləndirmək üçün Çinin kvant hesablama texnologiyalarına çıxışını məhdudlaşdıracaq.

İndex.az xəbər verir ki, şirkətlər ABŞ-ın milli təhlükəsizliyə potensial təhdid hesab etdiyi kvant hesablama tədqiqatlarında iştiraklarına və keçən il baş verən casus hava şarına görə sanksiyalarla üzləşiblər.

Siyahıdakı 22 şirkət birbaşa Çinin Ticarət Nazirliyi və hökumətin kvant tədqiqatlarını təşviq etmək səyləri və ya kvant hesablamaları üçün ABŞ texnologiyasını əldə etmək cəhdləri ilə bağlıdır.

Siyahıda yer alan 11 şirkət ötən il ABŞ hava məkanında aşkarlanan və Çin adından casusluq etdiyi iddia edilən casus şar hadisəsində iştirak etdikləri üçün siyahıya daxil edilib. Bildirilir ki, daha dörd şirkət hərbi pilotsuz uçuş sistemlərində istifadə üçün kvant texnologiyaları hazırlayır.