AZ

2023-cü ildə ərzaq böhranı Latın Amerikasında 13,8 milyon insana təsir edib

Latın Amerikası və Karib hövzəsində ötən 2023-cü il hava müşahidələri tarixində ən isti il ​​olub. Bu cür hava insan sağlamlığına, ərzaq və enerji təhlükəsizliyinə, regionun iqtisadi inkişafına güclü təsir göstərib.Elchi.az  xəbər verir ki, Ümumdünya Meteorologiya Təşkilatının (WMO) məlumatına görə, Mərkəzi Amerika və Karib hövzəsində təbii fəlakətlər səbəbindən 13,8 milyon insan kəskin qida böhranı ilə üzləşib.Qeyd olunub ki, planetdə iqlim dəyişikliyi nəticəsində yaranan təbii hadisələr – quraqlıq, daşqınlar, Atlantik okeanının çaylarında və sahilyanı ərazilərində suyun temperaturunun yüksəlməsi regionda kənd təsərrüfatına və ərzaq təhlükəsizliyinə mənfi təsir göstərib.Nəticədə xüsusilə Mərkəzi Amerika və Karib hövzəsi ölkələrində 13,8 milyon insan üçün kəskin ərzaq böhranı vəziyyəti yaranıb.Balıqçılığın əsas iqtisadi sektorlardan biri olduğu Ekvador və Peru sakinləri də çətinliklərlə üzləşiblər. Belə ki, iqlim dəyişikliyi okean suyunun temperaturunun artmasına səbəb olub və bu, tutulan balıqların həcminə mənfi təsir edib.Təbii fəlakətlər ən çox 2023-cü ildə Cənubi Amerikanın ən böyük ölkəsi Braziliyaya təsir edib. Təkcə sentyabr ayında ölkə ərazisindən siklonun keçməsi 54 nəfərin ölümünə səbəb olub.İndi Braziliya daha çətin vəziyyətlə üzləşib. Ölkənin cənubundakı Rio Qrande-du-Sul əyalətində daşqınlar nəticəsində ölənlərin sayı artıq 140-ı ötüb, ümumilikdə 2,1 milyon insan tüğyan edən fəlakətdən zərər çəkib.Şiddətli hava hadisələri 2023-cü ildə regionun əsas gəmiçilik marşrutlarından biri olan Panama kanalının fəaliyyətinə də ciddi təsir göstərib, burada su səviyyəsi aşağı düşüb və gəmilərin nəqliyyat arteriyasında hərəkəti çətinləşib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
123
6
elchi.az

7Mənbələr