Bakıda 37 yaşlı kişi boğazını kəsərək intihar edib.
E-huquq.az-ın məlumatına görə, hadisə paytaxtın Binəqədi rayonunda qeydə alınıb.
Belə ki, 1987-ci il təvəllüdlü İlkin Hüseynov yaşadığı ünvanda boğaz nahiyəsinə bıçaqla xəsarət yetirərək intihara cəhd edib. Xəsarətlərdən o, 1 saylı KTM-də ölüb.
Faktla bağlı Binəqədi rayon prokurorluğunda araşdırma aparılır.
Orxan Rasifoğlu