AZ

Bakıda 37 yaşlı kişinin intiharı ilə bağlı araşdırma aparılır

Bakıda 37 yaşlı kişi boğazını kəsərək intihar edib.

E-huquq.az-ın məlumatına görə, hadisə paytaxtın Binəqədi rayonunda qeydə alınıb.

Belə ki, 1987-ci il təvəllüdlü İlkin Hüseynov yaşadığı ünvanda boğaz nahiyəsinə bıçaqla xəsarət yetirərək intihara cəhd edib. Xəsarətlərdən o, 1 saylı KTM-də ölüb.

Faktla bağlı Binəqədi rayon prokurorluğunda araşdırma aparılır.

Orxan Rasifoğlu

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
49

1Mənbələr

Şərh ()
Bağla