AZ

KXDR lideri yeni snayper tüfəngini şəxsən sınaqdan keçirib

Şimali Koreya lideri Kim Çen In ultra müasir dəqiqlikli hərbi məhsullar istehsal edən zavoda baş çəkib və yeni snayper tüfəngini şəxsən sınaqdan keçirib.

"Unikal" xəbər verir ki, bu barədə KCNA məlumat yayıb.

"Son vaxtlar müdafiə sənayesi qlobal səviyyədə diqqətəlayiq inkişafa nail olub ki, bu da partiyamızın müdafiə və iqtisadi inkişaf üçün strategiyasının düzgünlüyünün, canlılığının və döyüş kursunun parlaq nəticəsidir”, - deyə Şimali Koreya lideri  yerli KİV-ə bildirib.

Bundan əvvəl, aprelin əvvəlində Kim Çen In yeni hipersəs ballistik raketini sınaqdan keçirmişdi.

Gülayə Mecid 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
47
50
unikal.az

10Mənbələr