AZ

Poçettino “Milan”ın baş məşqçisi ola bilər

İngiltərənin “Çelsi” klubunun baş məşqçisi Maurisio Poçettino karyerasını İtaliyada davam etdirə bilər.

Msport.az “La Repubblica” nəşrinə istinadən xəbər verir ki, “Milan” 52 yaşlı mütəxəssislə maraqlanır.

“Rossoneri” argentinalını namizədlər siyahısına daxil edib və istefa verəcəyi təqdirdə onu Milana dəvət etmək niyyətindədir.

Qeyd edək ki, Poçettino ötən ilin yayından London klubunda işləyir. Komanda 35 oyundan sonra Premyer Liqada 54 xalla yeddinci sıradadır.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
54

1Mənbələr

Şərh ()
Bağla