AZ

ABŞ-nin büdcə profisiti 19% artıb

ABŞ hökumətinin büdcə profisiti apreldə 210 milyard dollar təşkil edib ki, bu da ötən ilin eyni ayındakı göstəricidən 19% (176.2 milyard dollar) çoxdur, bu barədə ölkənin Maliyyə Nazirliyi məlumat yayıb.

Səkkiz ayda ilk dəfə müsbət saldo qeydə alınıb.

ABŞ büdcəsinin gəlirləri 22% artaraq 776 milyard dollara, xərcləri 23% artaraq 567 milyard dollara çatıb.

Oktyabrın 1-də başlayan 2024-cü maliyyə ilinin yeddi ayı ərzində ABŞ-nin büdcə kəsiri 855 milyard dollar təşkil edib ki, bu da əsasən FED-in yüksək dərəcələri fonunda milli borc üzrə faiz ödənişlərinin artması ilə bağlıdır.

Xəbər verildiyi kimi, sentyabrın 30-da başa çatan 2023-cü maliyyə ili üçün ABŞ hökumətinin büdcəsinin mənfi saldosu 23% artımla 1.7 trilyon dollar təşkil edib. Cari maliyyə ilində 1.5 trilyon dollara qədər azalma gözlənilir.

2020-ci maliyyə ilinin sonunda ölkədə 3.1 trilyon dollarlıq rekord kəsir qeydə alınıb. Sonuncu dəfə büdcə profisiti 2001-ci maliyyə ilində olub.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
149
50
banker.az

10Mənbələr