AZ

"Hazırda Kadinin "Qarabağ"a qayıtması realdı" - Qurban Qurbanov onu izləyirmiş!

Uzun müddətdi ki, yerli mediada "Qarabağ"ın sabiq futbolçisi Kadi Borgesin geri dönəcəyi haqda xəbərlər tirajlanır. Əlbəttə, bunda "köhlən atlar"ın sosial şəbəkə hesablarında paylaşdıqlarının rolu böyükdü.

Belə ki, klub əvvəl kostyum geyən üç siluetin fotosunu "coming soon" (tezliklə - red.) qeydiylə paylaşdı. Fotonun sponsorluq müqaviləsi xəbəri olduğunu iddia edənlər də var, üç nəhəng futbolçunun transfer ediləcəyini deyənlər də. Daha sonra klub Misli premyer-liqasının 34-cü turunun "Zirə" - "Qarabağ" matçının afişasında 3 topdan istifadə etdi. Topların birində "assist" yazılması isə Borgesi xatırlatdı. Çünki hazırda Rusiya "Krasnodar"ının "rənglərinə bağlı" hücumameyilli yarımmüdafiəçi "Qarabağ"ın heyətində "Zirə"yə qarşı keçirdiyi sonuncu matçda 2 qol, 1 məhsuldar ötürmə müəllifi olub!

Bəs iddialar nə dərəcədə doğrudu? Borgesin dönüşüylə bağlı məlumatların geniş vüsət alması reallığa əsaslanırmı? Ən maraqlı məqam: bu gün "Qarabağ"ın Borgesə ehtiyacı varmı?

Bu suallarla menecer Erkin İbrahimova müraciət etdik. Onun "football-plus.az"a söylədikləri:

"Kadi Borges "Qarabağ"ın aparıcı futbolçusu olub. Göründüyü kimi, hazırda onu əvəzləyən Leandro Andrade effektiv deyil. Hələ də Borgesin yeri görünür. Qurban Qurbanov bu futbolçunun çıxışını izləyir. Komandanı gücləndirəcəyini düşünsə, mütləq geri qaytarmağın bir yolunu tapacaq. Hazırda Kadinin "Qarabağ"a qayıtması realdı. Alınsa, əla olacaq. Onsuz da baş məşqçisi dəyişib və əvvəlki qədər şans qazanmır".

KƏNAN BAHADIR
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
56
football-plus.az

1Mənbələr