AZ

"Bavariya" yeni baş məşqçi seçimində dəyişiklik edib

Bundesliqa təmsilçilərindən "Bavariya" çalışdırıcısı Tomas Tuxelin yerinə yeni mütəxəssis axtarışlarını davam etdirir.

Apasport.az xəbər verir ki, klubun idman direktoru Maks Eberl italyan məşqçi Roberto de Zerbini ən yaxşı variant hesab edir.

Funksioner hazırda "Brayton"un baş məşqçi postunu tutan mütəxəssisi dəvət etmək imkanlarını araşdırır.

Qeyd edək ki, bu mövsüm Münhen nəhəngi kuboksuz qalıb. Komanda Çempionlar Liqası və Almaniya Kubokundan kənarlaşdırılıb.
 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
81
apasport.az

1Mənbələr