AZ

İnsanın cinsinə görə rənglər hansıdır? - "Uşaq vaxtından qara rəngi PİS BİLİRƏM" - VİDEO

İnsanın cinsinə görə rənglər hansıdır? - "Uşaq vaxtından qara rəngi PİS BİLİRƏM" - VİDEO

Biz rənglər aləmində yaşayırıq. Bu rənglər gözlə göründüyündən daha dərin anlamlara sahibdir. İnsanlar 180-dək rəng tonunu görməyə və onların 10 min artıq rəng çalarlarını fərqləndirməyə qadirdir. Rənglərə isə dərin mənalar yükləyən şəxslərin sayıda az deyil.

Sonxeber.az xəbər verir ki, mövzu ilə bağlı "Apa TV"nin əməkdaşları sakinlər arasında sorğu keçirib:

"Uşaq vaxtımda qonşumuzda bir nəfər rəhmətə getdi. Onu aparanda üzərinə qara çəkmişdilər. O vaxt bu rəngi mənfi olaraq qəbul edirəm. Rənglər təsir edir. Daha əlvan rənglər seçdiyimiz zaman əhval-ruhiyyəmiz daha yüksək olur. Cavanlara məsləhət görürük ki, açıq rənglərə üstünlük versinlər. Çünki rənglər insan psixologiyasına təsir edir".

Rənglər geyim seçimlərində önəmli detaldır. Bəs geyim zamanı istifadə edilən rənglər ilə insanın xarakterini əlaqələndirmək doğrudur?

"Elə insanlar var ki, onlar tünd xasiyyətlidir. Tünd xasiyyətli insanlar həmişə tünd rənglərə üstünlük verirlər. Amma xarakterləri, əhval-ruhiyyəsi yüksək olan insanlar açıq rənglərə üstünlük verirlər".

Ətraflı "Apa TV"nin süjetində:

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
112
1
sonxeber.az

2Mənbələr