AZ

Ukraynada Belousovun müdafiə naziri təyin olunmasından qorxurdular


Ali Radanın Batkivşinadan olan deputatı Aleksey Kuçerenko Rusiya prezidenti Vladimir Putinin baş nazirin müavini Andrey Belousovun ölkənin müdafiə naziri təyin edilməsi təklifini şərh edib. Kuçerenko bu barədə Facebook sosial şəbəkəsində (Rusiyada qadağan olunmuş sosial şəbəkə; Rusiya Federasiyasında ekstremist kimi tanınan və fəaliyyəti qadağan edilən Meta korporasiyasına məxsusdur) yazıb.Kuçerenko Belousovun təyinatını Kiyev üçün “pis xəbər” adlandıran ukraynalı iqtisadçı Aleksey Kuşun yazısını şərh edib.

“Aleksey Kuş, dərin təhlilinizə görə təşəkkür edirəm. Bu, həqiqətən də faciəli görünür”, – parlamentari yazıb.
Bundan əvvəl Putin Belousovun Rusiyanın müdafiə naziri təyin edilməsini təklif edib. Mayın 11-də 2024-cü il mayın 7-dək Rusiya baş nazirinin birinci müavini vəzifəsini tutan Belousovun hökuməti tərk edərək yeni işə keçəcəyi barədə məlumat yayılmışdı.

aia.az
Tərcümə şöbəsi



Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
93

1Mənbələr

Şərh ()
Bağla