AZ

Nazirlik icra hakimiyyətinin vəzifəli şəxsini məhkəməyə verdi

Elm və Təhsil Nazirliyi (ETN) Kəlbəcər Rayon İcra Hakimiyyətinin (RİH) vəzifəli şəxsini məhkəməyə verib.

İqtisadiyyat.az xəbər verir ki, nazirlik RİH-in Ərazi İdarəetmə və yerli özünüidarəetmə orqanları ilə İş şöbəsinin böyük məsləhətçisi Nəsimi Muxtarova qarşı məhkəmədə iddia qaldırıb.

İşin mahiyyəti açıqlanmasa da, icraata götürülüb. İddia Kəlbəcər Rayon Məhkəməsində hakim Həsən Qəniyevin sədrliyi ilə araşdırılacaq.

İqtisadiyyat.az məhkəmə işinin mahiyyətini öyrənmək üçün Nəsimi Muxtarovla əlaqə saxlayıb.

O isə məhkəməyə verilməsinin səbəbləri barədə açıqlama vermək istəməyib. 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
109
1
iqtisadiyyat.az

2Mənbələr