AZ

Orta Dəhliz Koordinasiya Platforması yaxın vaxtlarda işə salınacaq - Aİ səfiri (Özəl müsahibə)

Bakı. Trend:

Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun (TBNM və ya OrtaDəhliz) Koordinasiya Platforması yaxın vaxtlarda işə salınacaq.

Bu barədə Trend-ə özəl müsahibəsində Avropa İttifaqının (Aİ)Qazaxıstandakı səfiri Kestutis Yankauskas deyib.

"TBNM sanksiyalar altında olan ölkələri keçmədən Avropa vəMərkəzi Asiya, Aİ və Çin arasında yüklərin daşınmasına imkan verir.İnfrastruktur yaxşılaşmağa davam etdikcə, marşrut dəniz yolu iləmüqayisədə daha sürətli çatdırılma müddətlərini təmin edəcəkdir.Keçən il Avropa Yenidənqurma və İnkişaf Bankı Aİ tərəfindənmaliyyələşdirilən və Orta Dəhliz boyunca əsas "dar boğazları"müəyyən edən tədqiqatı təqdim etdi. 2024-cü ilin yanvarında AİBrüsseldə Orta Dəhliz boyu bütün ölkələr və potensial donorlar üçünİnvestisiya Forumu keçirib. Forum zamanı infrastrukturunmodernləşdirilməsi və təkmilləşdirilməsi üçün 10 milyard avronunayrılmasına söz edilib. Bütün marşrut iştirakçılarını daha yaxşıbirləşdirmək üçün TBNM Koordinasiya Platforması tezliklə istifadəyəveriləcək", - deyə səfir bildirib.

Onun sözlərinə görə, Orta Dəhlizin fəaliyyətini yaxşılaşdırmaqüçün onun boyunca yerləşən bütün ölkələr fasiləsiz təchizatı təminetmək üçün birlikdə çalışmalıdırlar. Bu, təkcə Mərkəzi Asiyaölkələrinə deyil, Cənubi Qafqaz ölkələrinə və Türkiyəyə dəaiddir.

Kestutis Yankauskas həmçinin qeyd edib ki, Çin və Aİ arasındaquru yüklərinin böyük hissəsi Qazaxıstan ərazisindən keçir:

"Qazaxıstan Avropa və Asiyanın, Avropa İttifaqının və Çininqovşağında yerləşir. Çin və Aİ arasında quru yüklərinin böyükhissəsi Qazaxıstan ərazisindən keçir. Onilliklər ərzində bu ticarətaxınlarının çoxu Rusiyadan keçən şimal marşrutu ilə gedirdi.Ukraynada müharibə başlayandan, eləcə də Aİ-nin Rusiyaya qarşısanksiyalarından sonra bəzi şirkətlər logistik əməliyyatlarınısanksiyaya məruz qalan ölkələrdən çıxarmağa başlayıblar. Bu,Transxəzər beynəlxalq nəqliyyat marşrutunun inkişafına təkan verdi.O, Aİ ilə Mərkəzi Asiya arasında ticarət üçün, eləcə də Çin vəAvropa arasında malların dənizdən daha sürətli tranziti üçünəlverişli alternativ təklif edir".

Səfirin qeyd edib ki, bir sıra araşdırmalara görə, bu marşrutüzrə yükdaşımaların üç dəfə artırılması üçün böyük potensialvar:

"Bu, Qazaxıstanı qlobal iqtisadiyyatla daha yaxşıəlaqələndirməyə və regionda iqtisadi artımı təşviq etməyə köməkedəcək. Qazaxıstan eyni vaxtda Orta Dəhliz boyu daha yaxşıxidmətlər göstərmək üçün bir neçə layihə üzərində işləyir".

Qazaxıstan və Aİ arasında enerji sahəsində əməkdaşlıqdan danışansəfir qeyd edib ki, Qazaxıstan onilliklər ərzində Aİ-nin enerjitərəfdaşı olub və hazırda Aİ-nin neft istehlakının 8 faizindənçoxunu təmin edir:

"Bu, Rusiya neftinin Aİ bazarına daxil olmasını dayandırdıqdansonra daha da vacib oldu. Belə ki, Aİ qeyri-rus mənşəli neftisanksiyalardan azad edib və bununla əlaqədar Qazaxıstan neftininböyük hissəsi Xəzər Boru Kəməri Konsorsiumu sisteminə daxil olmaqdadavam edir. Eyni zamanda, Qazaxıstan Avropaya neft tədarükünüdiversifikasiya etməyə çalışır. Neftin Xəzər dənizi və Azərbaycanvasitəsilə nəqli bunun yollarından biridir. Transxəzər nefttranzitinin həcmi son iki ildə artır, lakin inkişaf etmiş liman vənəqliyyat infrastrukturunun olmaması səbəbindən məhduddur.Alternativ ixrac marşrutlarının olması həmişə çox vacibdir".

Л.Yankauskas vurğulayıb ki, Aİ Qazaxıstanla bərpa olunan enerjimənbələri sahəsində əməkdaşlığın genişləndirilməsində dəmaraqlıdır:

"Aİ qalıq yanacağından imtina edir, ona görə biz Qazaxıstanlabərpa olunan enerji və yeni yaşıl texnologiyalar sahəsindəəməkdaşlığı genişləndirməkdə çox maraqlıyıq. Qazaxıstan günəş vəkülək ehtiyatları ilə zəngin geniş əraziyə malikdir. Ölkə avropalıinvestorların köməyi ilə artıq bəzi bərpa olunan enerji istehsalgüclərini quraşdırıb".

Onun sözlərinə görə, ən iri layihələrdən biri QazaxıstanınManqistau vilayətində “yaşıl” hidrogenin istehsalı üzrəAlmaniya-İsveç "SVEVIND" layihəsidir:

"Bir neçə ildən sonra o, Qazaxıstanı nəinki “yaşıl” hidrogenlətəmin edəcək ki, bu da onun məhsullarını dünya bazarında daharəqabətqabiliyyətli edəcək, həm də ölkəyə Avropaya “yaşıl” enerjitədarük etməyə imkan verəcək. Transxəzər Beynəlxalq NəqliyyatMarşrutu layihənin uğuru üçün mühüm rol oynayacaq".

Səfir qeyd edib ki, Avropa şirkətləri Qazaxıstanda da bərpaolunan külək və ya günəş enerjisi layihələrini uğurla inkişafetdirir:

"Aİ-yə üzv dövlətlərinin Mərkəzi Asiyadakı fəaliyyətlərinibirləşdirən su, enerji və iqlim dəyişikliyi üzrə "Team Europe"təşəbbüsü ilk 20 milyon avroluq proqramla başlayacaq və regionalenerji əməkdaşlığı və regional enerji əməkdaşlığı və enerjisisteminin inkişafına dəstək verəcək. Avropadakı təcrübəmizgöstərir ki, belə əməkdaşlıq yaşıl keçidi stimullaşdıracaq vəemissiyaları azaldacaq".

Ümumilikdə əməkdaşlığın hazırkı və mümkün istiqamətləri barədədanışan səfir qeyd edib ki, Qazaxıstanla Aİ arasında 29 sahədəəməkdaşlığın hüquqi əsasını təşkil edən GenişləndirilmişTərəfdaşlıq və Əməkdaşlıq Sazişi mövcuddur:

"Aİ ilə Qazaxıstan arasında ticarət əməkdaşlığı son bir neçəildə inkişaf edir. Enerji, o cümlədən bərpa olunan enerji ən böyükəməkdaşlıq sahəsi olaraq qalmasına baxmayaraq, 2022-ci ilinnoyabrında imzalanmış ikitərəfli Memorandumu ilə nəzərdə tutulduğukimi, kritik xammal sahəsində əməkdaşlıq üçün artan potensialvar".

Səfirin sözlərinə görə, kənd və su təsərrüfatı da yaxşıinvestisiya imkanları təklif edir.

"Öz növbəsində, TBNM-in inkişafı Mərkəzi Asiyanın bütünölkələrindən yük axınlarını cəlb edəcək və təkcə tranzit deyil, həmdə nəqliyyat-logistika qovşağının inkişafını təmin edəcək.Aviasiyanın inkişafı biznes, təhsil və turizm sahələrində insanlararasında qarşılıqlı əlaqəni və təmasları yaxşılaşdıracaq. Bundanəlavə, rəqəmsal peyk rabitəsi layihəmiz ucqar kəndlərdə alternativrabitə və daha yaxşı internet təmin edəcək", - deyə səfirbildirib.

K.Yankauskas qeyd edib ki, Aİ və Qazaxıstan 31 il əvvəldiplomatik münasibətlər qurub və o vaxtdan bəri tərəflər qarşılıqlıfaydalı tərəfdaşlıq münasibətlərini inkişaf etdirir. Bu illərərzində Aİ Qazaxıstanın ən böyük ticarət tərəfdaşına və ölkədəki ənböyük investora çevrilib:

"Aİ qarşılıqlı əlaqələrimizi və Mərkəzi Asiya ölkələrinintəhlükəsizliyini və sabitliyini təşviq etmək üçün bir çox layihələrhəyata keçirmişdir: sərhədlərin idarə edilməsi, qanunun aliliyi,qaçaqmalçılıqla mübarizə, su idarəçiliyi, yaşıl transformasiya,enerji səmərəliliyi, Aİ ilə regionlararası və ticarətin təşviqi,kiçik və orta biznes, təhsil, davamlılıq və insan kapitalınıninkişafı”

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
120
42
az.trend.az

10Mənbələr