AZ

ABŞ İsraili Rəfahda mülki şəxslərin təhlükəsizliyini təmin etməyə çağırıb

Bakı. Trend:

ABŞ dövlət katibi Antoni Blinken İsrailin müdafiə naziri YoavQalantla telefon danışığında Qəzza zolağının cənubundakı Rəfahdagenişmiqyaslı quru əməliyyatı olacağı təqdirdə mülki şəxslərintəhlükəsizliyinin təmin edilməsinin vacibliyini bildirib.

Trend-in məlumatına görə, bu barədə ABŞ Dövlət Departamentindənbildiriblər.

"Dövlət katibi Qəzzada mülki vətəndaşların və humanitarişçilərinin qorunmasının təcili ehtiyac olduğunu vurğulayıb vədövlət katibini yardımların Qəzzaya çatmasını təmin etməyəçağırıb", - deyə qeyd olunub.

Eyni zamanda, A.Blinken bir daha qeyd etdi ki, ABŞ “İsrailintəhlükəsizliyinə və HƏMAS-ı məğlub etmək kimi ümumi məqsədə sadiq"olsa da, Vaşinqton buna baxmayaraq, “bir milyondan çox insanınsığınacaq tapdığı Rəfahda böyük hərbi quru əməliyyatınaqarşıdır”.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
73
az.trend.az

1Mənbələr