AZ

Musa Qurbanlının oynamamasının səbəbi

Azərbaycan millisinin futbolçusu Musa Qurbanlı İsveç çempionatının 8-ci turunda “Elfsborq”la keçirilən oyunda “Yurqorden”in heyətində meydana çıxmayıb.

Futbolinfo.az xəbər verir ki, Stokholm təmsilçisinin baş məşqçisi Tomas Laqerlöf 22 yaşlı hücumçunun 2:0 hesabı ilə qalib gəldikləri qarşılaşmada ehtiyatda qalmasının səbəbini izah edib.

O, yerli mətbuata açıqlamasında bununla bağlı Qurbanlının özünə məlumat verdiklərini söyləyib: “Daha əvvəl dediyim kimi, komandada gərgin rəqabət var. Heyətimizdə bir neçə hücumçu yer alır və hamısı əsas heyətə düşməyə çalışır. Musa Qurbanlı son matçda “20-liy”ə salınmışdı. Ancaq oynamaması məşqçi korpusunun qərarıdır. Birinin meydanda olması üçün digərini kənarda saxlamalısan. Musanın özünə iştirak etməməsinin səbəbi barədə məlumat verilib”.

Qeyd edək ki, “Yurqorden” hazırda 16 xalla 2-ci pillədə qərarlaşır.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
91
futbolinfo.az

1Mənbələr