AZ

Belqorodda axtarış-xilasetmə işləri başa çatıb, 15 nəfərin cəsədi tapılıb

Rusiyanın Belqorod şəhərində binanın uçması nəticəsində dağıntılar altında qalan şəxslərin axtarış-xilasetmə işləri başa çatıb.

APA xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bu barədə məlumat qurumun “Telegram” kanalında yer alıb.

Ümumilikdə dağıntılar altından 15 nəfərin cəsədi çıxarılıb, 17 nəfər isə xilas edilib.

Xatırladaq ki, mayın 12-də Ukrayna ordusu Rusiyanın Belqorod şəhərində yerləşən binaya raket zərbəsi endirib, nəticədə binanın bir hissəsi uçub.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
153
7
apa.az

9Mənbələr