AZ

Apreldə ABŞ büdcəsində 210 milyard dollarlıq profisit yaranıb

ABŞ Maliyyə Nazirliyi aprel ayı üzrə büdcə məlumatlarını dərc edib.

Marja xəbər verir ki, 1 oktyabr 2023-cü ildə başlayan və 30 sentyabrda sona çatacaq 2024-cü maliyyə ilinin 7-ci ayında federal hökumətin büdcə profisiti 210 milyard dollar təşkil edib.

Keçən ilin aprel ayında federal hökumətin büdcə profisiti 176 milyard dollar olmuşdu. Belə ki, apreldə büdcə profisiti ötən ilin müvafiq dövrü ilə müqayisədə 19 faiz artıb. Bu dövrdə büdcə profisiti ilə bağlı bazar proqnozu 244,5 milyard dollar profisit idi.

Apreldə hökumətin gəlirləri 22 faiz artaraq 776 milyard dollara, xərcləri isə 23 faiz artaraq 567 milyard dollara çatıb.

7 aylıq büdcə kəsiri 8% azalıb

2024-cü maliyyə ilinin 7 ayında cəmi büdcə kəsiri keçən ilin eyni dövrü ilə müqayisədə 8% azalaraq 855 milyard dollar olub. Kəsir keçən ilin eyni dövründə 925 milyard dollar səviyyəsində idi.

Maliyyə ilinin 7 ayında xərclər keçən ilin eyni dövrü ilə müqayisədə 6 faiz artaraq 3 trilyon 819 milyard dollara, gəlirlər isə 10 faiz artaraq 2 trilyon 964 milyard dollara çatıb.

ABŞ-ın büdcə kəsiri 2023-cü maliyyə ilində əvvəlki illə müqayisədə 23 faiz artaraq 1,7 trilyon dollar təşkil etmişdi.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
202
44
marja.az

10Mənbələr